Haaqada ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.....

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilib.

<Haaqada ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.....

AZƏRTAC xəbər verir ki, xatirə gecəsində Niderlandda fəaliyyət göstərən diaspor fəalları, icma və təşkilat nümayəndələri, eləcə də Benelüks Azərbaycanlıları Konqresinin üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Niderland Krallığındakı səfirimiz Fikrət Axundov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizi ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi siyasi-iqtisadi böhrandan çıxarmasından söz açıb. Bu siyasət Vətənimiz üçün qurtuluş oldu. Vətənimizin üzərinə düşmüş ağır sınaq olan 1-ci Qarabağ müharibəsi dövründə müdrikliklə atəşkəsə nail oldu, bir milyona yaxın qaçqının problemini həll etdi.

“Ulu Öndər Azərbaycanın iqtisadi və siyasi inkişaf prosesinin uğurlu təməlini qoydu. Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan dünya siyasi arenasında layiqli yerini tutdu”, - deyə F.Axundov vurğulayıb.

Sonra ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa