Gürcüstanda orta və ali məktəblərdə yeni tədris ili distant formada başlayıb.....

Gürcüstanda orta və ali məktəblərdə yeni tədris ili (2021-2022-ci tədris ili) distant formada başlayıb.

<Gürcüstanda orta və ali məktəblərdə yeni tədris ili distant formada başlayıb.....

AZƏRTAC xəbər verir ki, dövlət və özəl təhsil müəssisələrində bu qaydada tədris oktyabrın 4-dək davam edəcək.

Ölkənin Təhsil və Elm Nazirliyinin qərarı ilə birinci sinfə qəbul olunan şagirdlər oktyabrın 4-dən tədrisə əyani qaydada başlayacaqlar. Lakin bu qərar yalnız koronavirusa yoluxma göstəricisi 4 faizdən aşağı olan şəhər və kəndlərə şamil olunacaq.

Oktyabrın 4-dən sonra ölkə üzrə bütün təhsil ocaqlarında dərslərin əyani keçirilməsi barədə qərar veriləcəyi gözlənilir.

Uşaq bağçaları isə oktyabrın 4-dən sonra fəaliyyət göstərəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi