Gürcüstanda “delta” və “delta+” ştamları daha çox yayılıb.....

Gürcüstanda koronavirusun “Mu” ştamı qeydə alınmayıb. Lakin “delta” və “delta+” ştamları daha çox yayılıb və koronavirusun bu növləri ölkədə ciddi problemlər yaradıb.

<Gürcüstanda “delta” və “delta+” ştamları daha çox yayılıb.....

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze söyləyib.

Onun sözlərinə görə, Gürcüstanda “delta” və “delta+” ştamlarının yayılma arealı artıq 20 faizə yaxındır. Bu da ciddi narahatlıq doğurur.

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda daha 2176 nəfərdə koronavirus təsdiqlənib, 43 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 589 727-yə, ölənlərin sayı isə 8 390-a çatıb.

Mərkəzin məlumatına görə, bu günədək Gürcüstanda 1 589 024 nəfər koronavirusa qarşı peyvənd olunub. Onların 660 832 nəfəri və ya yaşlı əhalinin 23,1 faizi vaksinin hər iki dozasını qəbul edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi