Gənclərin Ordubaddakı muzeylərə ekskursiyası təşkil olunub.....

Gənclərinin Ordubaddakı muzeylərə ekskursiyası təşkil olunub.

<Gənclərin Ordubaddakı muzeylərə ekskursiyası təşkil olunub.....

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən ekskursiyada Babək, Şahbuz və Kəngərli rayonlarında fəaliyyət göstərən gənc dövlət qulluqçuları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ekskursiyaya start verilməmişdən əvvəl Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun əməkdaşları çıxış edərək qarşıdan gələn əlamətdar gün münasibətilə gəncləri təbrik ediblər. Bildirilib ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından bu tipli gəzintilərin təşkili diqqətdə saxlanılır. Muxtar respublikamıza olan turist marağını daha da artırmaq üçün qədim diyarın sahib olduğu təbii gözəlliklər və yaradılan turizm infrastrukturunun təbliğ edilməsi işində gənc nəslin üzərinə də mühüm vəzifə düşür. Sosial şəbəkələr və digər internet platformalarının geniş əhatə dairəsinə malik olması imkan verir ki, Vətənimiz Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, xalqımızım milli adət-ənənələri və dövlətimiz tərəfindən görülən işləri səmərəli şəkildə təbliğ edək.
İyirmiyə yaxın gəncin iştirak etdiyi ekskursiyada Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeyləri ziyarət olunub.