Gəncləri Günü münasibətilə növbəti tədbir.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

<Gəncləri Günü münasibətilə növbəti tədbir.....


Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri mərkəzin direktoru Zivər Əhmədova açaraq gəncləri bayram münasibətilə təbrik edib. 
Tədbirdə mərkəzin müəllimləri və musiqiçi qonaqları konsert proqramı ilə çıxış ediblər.
Konsert zamanı Mədəniyyət Mərkəzinin “Şəms” rəqs kollektivi, ifaçılardan Səidə Orucova, Ayxan Bünyadzadə, Elcan Tağıyev, Fərid Babayev musiqi nömrələrini, bədii qiraət ustaları Rəisə Sadıqova və Səidə Orucova isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.