Gənclər Kitabxanası tələbələrin layihələrinin işıqlandırılmasına dəstək verir.....

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə şanlı Qələbə ilə həkk olundu. Bu Zəfərin qazanılmasında xalqımız sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyində müzəffər Ordumuz 30 illik işğala son qoydu, ərzi bütövlüyümüzü bərpa etdi.

<Gənclər Kitabxanası tələbələrin layihələrinin işıqlandırılmasına dəstək verir.....

Uzun illər işğal altında olan doğma torpaqlarımızda ermənilər tərəfindən ağlasığmaz vandalizm həyata keçirilib. Yaşayış evləri ilə yanaşı, tarixi-mədəni irsimiz, mədəniyyət ocaqları da yerlə yeksan edilib.

Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxanaçılıq və informasiya fakültələrinin tələbələri erməni işğalından azad olunmuş ərazilərdə kitabxana-informasiya infrastrukturunun bərpası ilə bağlı təkliflərini ictimaiyyətə təqdim etmək qərarına gəliblər.

AZƏRTAXC xəbər verir ki istedadlı və vətənpərvər gənclərin yanında olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası sosial şəbəkə səhifələri vasitəsilə bu təkliflərə dəstək göstərir.

Kitabxananın sosial şəbəkə səhifələrində yerləşdirilən layihə təkliflərini izləyərkən istifadəçi gənclərimizin bu məsələyə necə məsuliyyətlə yanaşdığının, hətta azad olunmuş ərazilərdə yenidən qurulacaq kitabxanalara “Xarıbülbül kitabxanası” və s. kimi adların verilməsinin şahidi oluruq.