Gənclər arasında dünya çempionatında daha bir cüdoçumuz mübarizə aparacaq.....

İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatının son günündə bir idmançımız tatamiyə çıxacaq.

<Gənclər arasında dünya çempionatında daha bir cüdoçumuz mübarizə aparacaq.....

AZƏRTAC xəbər verir ki, qadınların turnirində cüdoçumuz Nərmin Əmirli (78 kq) yarışa qoşulacaq. O ilk qarşılaşmasında kanadalı Korali Qodbut ilə mübarizə aparacaq.

Qeyd edək ki, komandamızın aktivində 2 medal var. Belə ki, Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev (81 kq) isə bürünc medal qazanıblar.

Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edir.