Gədəbəy və Şamaxı rayonlarına xırdadənəli dolu yağıb.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 19-u saat 14:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

<Gədəbəy və Şamaxı rayonlarına xırdadənəli dolu yağıb.....

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Şamaxıda 17, Qobustanda 13, Daşkəsəndə 8, Ağdərədə (Ordubad) 7, İsmayıllıda 6, Ağsuda 5, Kişçay (Şəki), Oğuz, Gədəbəydə 5, Beyləqan, İmişlidə 4, Cəfərxan, Sabirabadda 3, Hacıqabul, Ağdam, Ordubad, Şahbuzda 2, Naxçıvan, Şərur, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Altıağac, Qusar, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Salyan, Biləsuvar, Yardımlı, Göytəpə, Sarıbaşda (Qax) 1 millimetrədək olub.

Oktyabrın 18-də isə saat 14:35-14:40 radələrində Gədəbəy rayonu ərazisinə, saat 22:35-23:55 radələrində isə Şamaxı rayonuna xırdadənəli dolu yağıb.