Futzal üzrə Azərbaycan millisi Qırğızıstan yığmasına məğlub olub.....

Rusiyanın Kazan şəhərində təşkil olunan birinci MDB Oyunlarında iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

<Futzal üzrə Azərbaycan millisi Qırğızıstan yığmasına məğlub olub.....

AZƏRTAC xəbər verir ki, Qırğızıstandan olan həmyaşıdları ilə üz-üzə gələn futzalçılarımız məğlub olublar – 3:8.

Komandamızın heyətində Xəzər Ağalızadə, Fuad Məmmədzadə və Şahmar Cəfərli fərqləniblər.

U-19-un sabah 5-ci yer uğrunda keçirəcəyi oyundakı rəqibi Moldova millisi olacaq.