Əfqanıstanda zəlzələ nəticəsində 255 nəfər həlak olub.....

Əfqanıstanın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Paktika əyalətində ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində 255 nəfər həlak olub.

<Əfqanıstanda zəlzələ nəticəsində 255 nəfər həlak olub.....

AZƏRTAC xəbər verir ki, bu barədə Aamaj News agentliyi yerli hakimiyyət orqanlarına və xilasedicilərə istinadla məlumat yayıb.

İlkin məlumata görə, təbii fəlakət nəticəsində 100-dən çox insan yaralanıb. Əyalətin Barmal, Ziruk, Nika və Qayan qəzaları daha çox zərər çəkib. Zəlzələ Paktika ilə yanaşı, Host, Laqman, Qəzni, Lohar, Kabil və başqa əyalətlərə də təsir göstərib. Bir neçə kənd tamamilə dağılıb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Taliban hərəkatının Daxili İşlər Nazirliyi zəlzələdən zərər çəkən insanlara yardım göstərilməsi üçün beynəlxalq təşkilatlara müraciət edib.