Filip Riker: Birləşmiş Ştatlar ermənistan ilə Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir.....

Mən Bakıya səfər etməkdən və Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən sizinlə danışmaqdan məmnunam. Azərbaycanın potensialı nəzərə çarpır. Hər dəfə buraya döndüyüm zaman mən iqtisadiyyatın, insanların dayanıqlılığının və bütün Cənubi Qafqaz bölgəsi üçün imkanların artdığını müşahidə edirəm.

<Filip Riker: Birləşmiş Ştatlar ermənistan ilə Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir.....

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin videomüraciətində bildirilib.

Baş müşavir deyib: “Dövlət katibi Toni Blinken sülhün əldə olunması üçün imkana və Cənubi Qafqazın potensialına çox inanır. O, coğrafiyanın vacib olduğunu anlayaraq məndən bölgəyə səfər etməyi xahiş etdi. Mən indi Bakıdayam, buradan da Tbilisi və İrəvana səfər edəcəyəm. Bu bölgədə coğrafiya və tarix görüşür”.

Sülh prosesinin asan olmadığını bildiklərini deyən Filip Riker qeyd edib: “Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olub. Lakin inanıram ki, dinc gələcək üçün olan bir ümid də var. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls qorunub saxlanıla və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər”.

Hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımların atıldığını müşahidə etdiyini vurğulayan baş müşavir bildirib: “Dövlət katibi Blinken qeyd etdiyi kimi, hər iki dövlət Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır. Birləşmiş Ştatlar Ermənistan ilə Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub və sülh daha yaxşı və parlaq gələcək vəd edir. Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram”.