FIFA “Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibini cəzalandırıb.....

FIFA Ağdamın “Qarabağ” komandasının UEFA Konfrans Liqasındakı rəqibi olan Fransanın “Marsel” klubunu cəzalandırıb.

<FIFA “Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibini cəzalandırıb.....

AZƏRTAC Fransa mətbuatına istinadla xəbər verir ki, klub qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Liqa 1 təmsilçisi Pape Gueye transferindəki qayda pozuntusuna görə cəzaya məruz qalıb. İyirmi üç yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərənin “Uotford” klubundan “Marsel”ə keçib.

Qeyd edək ki, “Qarabağ” klubu “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.