FHN-in psixoloqları Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara fasiləsiz xidmət göstərirlər.....

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması çərçivəsində qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) tibbi heyəti arasında peşəkar psixoloqlar da var.

<FHN-in psixoloqları Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara fasiləsiz xidmət göstərirlər.....

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zəlzələdən fiziki və mənəvi sarsıntı keçirən insanların yanında olmaq və onlara mənəvi dəstək vermək məqsədilə göndərilmiş FHN-in psixoloqları tərəfindən Kahramanmaraşda zərər çəkmiş insanlara psixoloji yardım işi təşkil olunub.

Qeyd edək ki, psixoloji yardım işi fasiləsiz olaraq davam etdirilir.