Faktiki hava: Sumqayıt və Bakıda sulu qar yağıb.....

Yanvarın 17-si saat 10:00-a olan məlumata əsasən, cənub və şərq rayonlarında hava yağıntılı olub, sulu qar, qar, Sumqayıt və Bakıda sulu qar yağıb.

<Faktiki hava: Sumqayıt və Bakıda sulu qar yağıb.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lerikdə 15, Qubada 14, Astarada 8, Şabran, Ordubadda 6, Ləzə, Xaltan, Altıağacda 5, Yardımlı, Qusar, Xaçmazda 4, Lənkəranda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 2, Maştağa, Bakıda 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30, Ləzədə 21, Qubada 20, Lerikdə 19, Qrızda 15, Sarıbaşda (Qax) 14, Şabran, Xaltan, Altıağacda 12, Şahbuzda 8, Daşkəsəndə 6, Göygöl, Qusar, Naxçıvanda 5, Xınalıqda 1 santimetr təşkil edib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1-2° isti, Aran rayonlarında 1-4° şaxta, dağlıq rayonlarda 15°-dək şaxta, Naxçıvan Muxtar Respublikasında 14°-dək şaxta olub.