ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ölkə daxilində gərginlik artır.....

ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca ölkə daxilində gərginlik artır.

AZƏRTAC xəbər verir ki, baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarlarının Yerevanın Malatiya-Sebastiya rayonundakı yürüşü zamanı əlbəyaxa dava olub.

ermənistan mətbuatının yazdığına görə, dava Paşinyanın tərəfdarları ilə "Çiçəklənən ermənistan" partiyasının qərargahının əməkdaşları arasında olub.

Qeyd edilir ki, hər şey mübahisə ilə başlayıb, tərəflər sonra yumruq davasına çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdaxilə etməli olublar. Onlar dava iştirakçılarını ayırıblar.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

<ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ölkə daxilində gərginlik artır.....