Emal sənayesində 5,8 milyard manatlıq məhsul istehsal olunub.....

Emal sənayesində yanvar-may aylarında 5 milyard 868,8 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

<Emal sənayesində 5,8 milyard manatlıq məhsul istehsal olunub.....

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 86,3 faiz, qida məhsullarının istehsalında 7,7 faiz artım, içki istehsalında isə 8,6 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 2 dəfə, duru bitki yağlarının istehsalı 9,5 faiz, kərə yağının istehsalı 6 faiz, kolbasa məmulatlarının istehsalı 1,7 faiz artıb, marqarin istehsalı isə 11,8 faiz azalıb.