Ekokönüllü: Tələblərimiz yerinə yetirilməyənədək dinc aksiyamız davam edəcək.....

Biz aksiyamızı davam etdiririk. Ətrafımızda hər gün müxtəlif yaşda və bir çox təşkilatları təmsil edən insanlar toplaşır, dəstək verirlər. Təbiət ümumbəşəri dəyərdir, onu qorumaq hamımızın borcudur.

<Ekokönüllü: Tələblərimiz yerinə yetirilməyənədək dinc aksiyamız davam edəcək.....

Biz bunu etməyə çalışır və təbii sərvətlərimizin qanunsuz istismarının qarşısının alınması üçün haqq səsimizi ucaldırıq. Tələblərimiz yerinə yetirilməyənədək, monitorinq qrupumuz həmin ərazilərdə öz işini davam etdirməyənədək dinc aksiyamız davam edəcək.

Bu fikirləri AZƏRTAC-ın Şuşaya ezam olunmuş müxbirinə müsahibəsində ekokönüllü Salam Süleymanov deyib.

“Ermənilər təbii sərvətlərimizin qanunsuz istismarı ilə yanaşı, bu ərazilərdə ekosid törədiblər – ağaclarımız kəsilib, yandırılıb, çaylarımız çirkləndirilir. Biz bu barədə daim çağırışlar etmişik, tələblər qoymuşuq və bu gün də bu tələblərimizi səsləndiririk”, - deyə S.Süleymanov qeyd edib.