Düzgün yastıq seçilməsi sağlam yuxu üçün vacib şərtdir.....

Yuxuda olarkən bədənin düzgün vəziyyətdə olması insanın fiziki və psixi sağlamlığı üçün çox vacibdir. Düzgün seçilməyən yastıq, çox yumşaq döşək yuxunun pozulmasına, onurğanın əyilməsinə, boyun və çiyində ağrılara səbəb olur.

<Düzgün yastıq seçilməsi sağlam yuxu üçün vacib şərtdir.....

AZƏRTAC xəbər verir ki, osteopat Müşfiq Məmmədov deyib: “Baş və boyun ağrılarının müxtəlif səbəbləri var. İlk növbədə yatış forması düzgün olmalıdır və bu sahədə yastığın forması çox böyük əhəmiyyət daşıyır. Bəzən yastıq çox hündür, bəzən çox alçaq olur. Belə olanda boyunun normal anatomik vəziyyətində dəyişiklik baş verir”.

Səhər yuxudan duranda boyun ağrısı varsa, bu, yastığın yanlış seçilməsindən irəli gəlir: “Yastığın çox hündür və çox alçaq olması uzun müddət davam edəndə baş ağrıları, boyunda protruziya və yırtıq formasında özünü büruzə verir. Yastığın təxminən 45 dərəcə altında olması yatarkən anatomik vəziyyətə uyğundur”.

Yastıq üzü üçün ən yaxşı material sətin, pambıq və ipək sayılır. Onun elastikliyi də keyfiyyətindən xəbər verir. Yastığı yoxlamaq üçün onun üzərindən basmaq lazımdır, əgər 5 saniyə ərzində əvvəlki vəziyyətinə qayıdırsa, bu, onun keyfiyyətli olduğunu göstərir.

Bəzi əlamətlərə görə yastığın uyğunluğunu müəyyən etmək olar. Yatanda tez-tez əli yastığı altına salmaq və yerdə çevrilmək, hündürlüyün uyğun olmadığını göstərir. Boyun və çiyinlərdə ağrılar yastığın alçaq, döşəyin isə çox bərk olduğunu göstərir.