Doktorant və dissertantların elmi fəaliyyətinə dair müzakirələr aparılıb....

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.

<Doktorant və dissertantların elmi fəaliyyətinə dair müzakirələr aparılıb....

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək seminarın elmi müəssisənin bir qrup doktorant və dissertantının elmi fəaliyyəti ilə bağlı müzakirələrə həsr olunduğunu söyləyib.

Akademik R.Əliquliyev hər bir tədqiqatçının elmi fəaliyyətinin monitorinqinin aparılması və hesabatların hazırlanmasının vacibliyini vurğulayaraq elmi rəhbərlərə doktorant və dissertantlarla fəal iş aparmağı, onların qarşısına konkret vəzifələr qoymağı tövsiyə edib. Diqqətə çatdırıb ki, əsas məqsəd doktorant və dissertantların elmi fəaliyyətini koordinasiya etmək və institutda aparılan tədqiqatların keyfiyyətini artırmaqdır.

Sonra institutun doktorantları “Etnobotanika informasiya sisteminin işlənilməsi” , “Böyük həcmli məlumatların analizi üçün iterativ klasterləşdirmə metodları”, “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin işlənməsi”, “Obyekt asılılığı olan rollar əsasında internet mühitində informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi üçün model və alqoritmlərin işlənməsi” mövzularında dissertasiya işləri təqdim ediblər.

Hər bir tədqiqatçının dissertasiya işinə dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.