“Disney”in “Atatürk” serialının treyleri maraqla qarşılanıb

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cu ildönümü münasibətilə "Disney" şirkəti tərəfindən istehsal olunan “Atatürk” serialının ilk təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

<“Disney”in “Atatürk” serialının treyleri maraqla qarşılanıb

AZƏRTAC xəbər verir ki, emosional səhnələrlə yaddaşlarda qalan treylerdə Atatürkin əzəmətli səslə “Vətənin bağrına düşmən dayasın xəncərini, tapılar qurtaracaq bəxti qara madərini” ifadəsini işlətdiyi eşidilir.

Ekran əsərində böyük türk xalqının xilaskarı, qazi Mustafa Kamal obrazını tanınmış aktyor Aras Bulut İynemli canlandırır. Altı seriyadan ibarət olacaq ekran işinin rejissoru Mehmet Ada Öztekindir. Serialın musiqilərini isə “Oskar” mükafatçısı Hans Zimmer bəstələyib.