Ədəbiyyat Muzeyi: Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfransa tezis qəbulunun vaxtı uzadılıb.....

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə noyabrın 25-27-də keçiriləcək “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransa tezis qəbulunun vaxtı uzadılıb.

<Ədəbiyyat Muzeyi: Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfransa tezis qəbulunun vaxtı uzadılıb.....

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq konfransda iştirak etmək istəyənlər tezisləri sentyabrın 15-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Tezislərin tərtibolunma qaydaları və konfrans haqqında daha ətraflı məlumatla Ədəbiyyat Muzeyinin saytında tanış olmaq mümkündür.