Darçının insan orqanizminə faydaları.....

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçın həzm və mədə problemlərinin həllinə kömək edir. Bir çox xəstəlik üçün xeyirli olan bu qida mütləq istehlak edilməlidir.

<Darçının insan orqanizminə faydaları.....

Darçın şəkər xəstəliyi kimi bir çox problemlərlə mübarizə aparmağa kömək edir. Aparılan araşdırmalarla darçının yüksək qan təzyiqini aşağı saldığı sübut olunmuşdur. Maddələr mübadiləsini tənzimləyən təsirə malik olduğu üçün piylənməyə qarşı mübarizədə kömək edir. Göbələk, bakteriya və virusların səbəb olduğu xəstəliklərə qarşı bədən müqavimətini artıran darçın, orta əsrlərdə dərman olaraq istifadə edilmişdi. Kandida göbələyinin müalicəsində də çox təsirlidir.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, darçın immunitet sistemini də gücləndirir, əzələ ağrılarının müalicəsində istifadə olunur. Tədqiqatlar darçının bir çox antioksidant maddələrə malik olduğunu göstərir. Bu maddələr xərçəng və digər xəstəliklər riskini azaldır. Göz xəstəliklərinin müalicəsində, eyni zamanda quru gözlər üçün də faydalıdır. Bütün bu xüsusiyyətləri ilə darçın qədim dövrlərdə qızıldan daha qiymətli idi.