Cənubi Koreya “Google” şirkətini 176 milyon dollar cərimələyib.....

Cənubi Koreyanın antiinhisar qurumu olan Koreya Ədalətli Ticarət Komissiyası ABŞ-ın texnologiya nəhəngi “Google” şirkətini 207 milyard von (təxminən 176,64 milyon ABŞ dolları) cərimələyib.

<Cənubi Koreya “Google” şirkətini 176 milyon dollar cərimələyib.....

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, buna səbəb “Google” şirkətinin mobil əməliyyat sistemləri bazarında rəqabəti məhdudlaşdırmaq üçün bazarda öz dominant mövqeyindən sui-istifadə etməsidir. Komissiya “Google” şirkətinin Cənubi Koreyanın smartfon istehsalçılarına mobil cihazlara öz əməliyyat sistemlərini quraşdırmasına mane olması iddiası ilə əlaqədar apardığı araşdırmanın nəticəsində belə qərar qəbul edib. Komissiya hesab edib ki, “Google” bazarda ədalətli rəqabət prinsiplərini pozub.

Qeyd edək ki, bu, Komissiyanın indiyədək verdiyi 9-cu ən iri cərimədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin