Çinin bir milyarddan çox sakini koronavirusa qarşı tam peyvənd olunub.....

Çində artıq bir milyarddan çox insan koronavirusa qarşı tam peyvənd olunub. Bu, ölkə əhalisinin təxminən 70 faizini təşkil edir.

<Çinin bir milyarddan çox sakini koronavirusa qarşı tam peyvənd olunub.....

AZƏRTAC xəbər verir ki, bu barədə Bloomberg agentliyi ÇXR-in Milli səhiyyə komissiyasına istinadla məlumat yayıb. Komissiyanın nümayəndəsi Mi Fen Pekində jurnalistlərə bildirib ki, sentyabrın 15-dək ölkə sakinləri ümumilikdə 2,16 milyard doza vaksin vurdurub. Bu da dünya üzrə vurulan vaksin dozasının (5,18 milyard) üçdəbirindən çoxdur.

Agentliyin məlumatına görə, Pekinin yaşlı əhalisinin 97 faizindən çoxu COVID-19 infeksiyasına qarşı tam vaksinasiya edilib.

Hazırda vaksinasiya tempinə görə Çin Avropa İttifaqını və ABŞ-ı qabaqlayır. Belə ki, ABŞ-da əhalinin yalnız yarısı koronavirusa qarşı tam peyvəndlənib. Bununla belə, Pekin pandemiya ilə bağlı tətbiq edilən sərt məhdudiyyətləri yumşaltmağı planlaşdırmır.

Worldometer statistika saytının son məlumatına əsasən, COVID-19 pandemiyasının başlanğıcından bəri Çində 95,5 min yoluxma halı qeydə alınıb, virusa yoluxmuş 4 min 635 nəfər vəfat edib.