Çində zavodda baş verən partlayışda 4 nəfər ölüb, 3 nəfər yaralanıb......

Çinin Daxili Monqolustan muxtar bölgəsində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayışda azı 4 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

<Çində zavodda baş verən partlayışda 4 nəfər ölüb, 3 nəfər yaralanıb......


AZƏRTAC bölgə hökumətinin məlumatına istinadla xəbər verir ki, sənaye zonalarından birində yerləşən zavoddakı hadisə oktyabrın 22-də axşam saat 11-də baş verib. Partlayış nəticəsində yaranan güclü yanğının söndürülməsi təxminən 2 saat davam edib. Hadisə yerinə cəlb olunan xilasedicilər 4 nəfərin meyitini tapıblar, yaralanan 3 nəfərdən birinin vəziyyəti isə ağırdır. 
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin