Çində havanın kəskin soyuması səbəbindən narıncı təhlükə səviyyəsi yenilənib.....

Çinin Mərkəzi Meteorologiya Xidməti havanın kəskin soyuması və güclü külək səbəbindən ölkənin əksər regionlarında narıncı təhlükə səviyyəsini yeniləyib.

<Çində havanın kəskin soyuması səbəbindən narıncı təhlükə səviyyəsi yenilənib.....

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, noyabrın 29-dan dekabrın 1-dək Çinin şimal və şimal-şərq bölgələrində temperaturun mənfi 8-16 dərəcəyə enməsi gözlənilir. Pekində termometrlər mənfi 11 dərəcəni göstərəcək. Bəzi rayonlarda isə havanın temperaturu mənfi 16-20 dərəcəyədək aşağı düşəcək. Həmçinin ölkənin cənub və şərq rayonlarında güclü külək əsəcəyi proqnozlaşdırılır.

Meteoroloqlar havaların kəskin soyumasının kənd təsərrüfatında mənfi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Hakimiyyət orqanları isə əhalini ehtiyat tədbirləri görməyə çağırıb.

Çində təbii fəlakətlər üçün mavi, sarı, narıncı və qırmızı olmaqla, dörd mərhələli ictimai xəbərdarlıq sistemi mövcuddur.