Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 28-ci iclasında iştirak edib.....

Dekabrın 2-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirak edib.


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən nazir, ötən il 44 gün davam edən müharibədən sonra bölgədə yaranan münaqişə sonrası reallıqlar fonunda mövcud olan vəziyyət və gələcək perspektivlər barəsində danışıb.