Cenevrədə Cozef Bayden və Vladimir Putinin görüşü keçirilir.....

Cenevrənin “La Grange” villasında ABŞ Prezidenti Cozef Bayden və Rusiya lideri Vladimir Putin arasında ilk sammit keçirilir.

<Cenevrədə Cozef Bayden və Vladimir Putinin görüşü keçirilir.....

AZƏRTAC xəbər verir ki, prezidentlərin görüşü villanın birinci mərtəbəsindəki kitabxana zalında dar çərçivədə başlayıb. Sammitdən öncə ABŞ və Rusiya liderləri binanın eyvanında İsveçrə Prezidenti Gi Parmelinlə şəkil çəkdirib.

Bir müddət öncə danışıqların üç hissədən - çay və qəhvə fasilələri ilə biri dar, digər ikisi isə geniş formatdan ibarət olacağı barədə məlumat yayılıb. Görüşdə, həmçinin ABŞ-ın Dövlət katibi Entoni Blinken və Rusiya Xarici İşlər naziri Sergey Lavrov da iştirak edəcək.

Cozef Bayden və Vladimir Putin strateji sabitlik, COVID-19 infeksiyası ilə mübarizə, kiber cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq, həmçinin Yaxın Şərq, Ukrayna və Qarabağda vəziyyət daxil olmaqla regional problemlər barədə danışacaqlar.

Sammitdən sonra birgə mətbuat konfransı nəzərdə tutulmayıb. Dövlət başçılarınin jurnalistlər qarşısında təklikdə çıxış edəcəyi gözlənilir.