Cahit Bağçı: ermənistanın sərhəd bölgələrinə mina basdırması, təxribat törətməsi qarşılıqsız qalmadı.....

Artıq qlobal sistem sülhü və ədaləti təmin etməkdə acizdir. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsi var, lakin Şura bu qətnamələrin həyata keçirilmə iradəsini sərgiləyə bilmədi.

<Cahit Bağçı: ermənistanın sərhəd bölgələrinə mina basdırması, təxribat törətməsi qarşılıqsız qalmadı.....

Azərbaycanla Türkiyə bir araya gələrək ədaləti bərpa etdilər və bunun nəticəsində 44 günlük Vətən müharibəsində Zəfər qazanıldı. Azərbaycan torpaqlarının 30 illik işğalı möhtəşəm Qələbə ilə yekunlaşdı. Azərbaycanın sərhədlərinin toxunulmazlığını qoruma səylərinə qarşı ermənistanın sərhəd bölgələrinə mina basdırması, təxribat törətməsi qarşılıqsız qalmadı.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimatında Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı deyib.

ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatlarından danışan səfir xalqımıza başsağlığı verib. O, başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyənin Azərbaycanın yanında olduğunu açıq şəkildə ifadə edib.