Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır.....

Avqustun 10-dan Azərbaycanda Məhərrəm ayı başlayır.

<Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır.....


AZƏRTAC xəbər verir ki, Miladi təqvimi ilə bu gün Məhərrəm ayının ilk günüdür.
Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 10-na, Məhərrəm ayının 10-u Aşura günü isə avqustun 19-na təsadüf edir.
Məhərrəmlik bu il də dünyada davam edən koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə ediblər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.