Bu gün koronavirusa qarşı 37 mindən çox vaksin vurulub.....

Dekabrın 2-də Azərbaycanda 37 min 57 nəfər yeni növ koronavirus (covid-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

<Bu gün koronavirusa qarşı 37 mindən çox vaksin vurulub.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 187, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 456, “buster” doza ilə peyvənd olunanların sayı isə 27 min 414 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 604 min 976, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 87 min 717, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 578 min 492 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 938 min 767 nəfər təşkil edir.