Bu gün koronavirus infeksiyasına 653 yoluxma faktı qeydə alınıb.....

Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 653 yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.

<Bu gün koronavirus infeksiyasına 653 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 min 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 min 885 nəfər müalicə olunaraq sağalıb, 8 min 497 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 826 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 275, bu günə qədər isə ümumilikdə 5 milyon 987 min 10 test icra olunub.