Bu gün koronavirus infeksiyasına 1186 yoluxma faktı qeydə alınıb.....

Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 1186 yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.

<Bu gün koronavirus infeksiyasına 1186 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 629 min 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 min 605 nəfər müalicə olunaraq sağalıb, 8 min 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 183 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 116, bu günə qədər isə ümumilikdə 6 milyon 37 min 787 test icra olunub.