Bu gün koronavirus infeksiyasına 1151 yoluxma faktı qeydə alınıb.....

Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 1151 yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb.

<Bu gün koronavirus infeksiyasına 1151 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 628 min 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 min 23 nəfər müalicə olunaraq sağalıb, 8 min 550 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 min 593 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 344, bu günə qədər isə ümumilikdə 6 milyon 28 min 671 test icra olunub.