“Əbu-Dabi Luvr” muzeyində Leonardo da Vinçinin məşhur əsəri təqdim olunacaq.....

Fransanın “Luvr” muzeyi kolleksiyasının əsas incilərindən biri olan Leonardo da Vinçinin ən gözəl əsərlərindən “Vəftizçi Yəhya” rəsmini “Əbu-Dabi Luvr” muzeyinə təqdim edib.

<“Əbu-Dabi Luvr” muzeyində Leonardo da Vinçinin məşhur əsəri təqdim olunacaq.....

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, noyabrın 8-dən etibarən rəsm Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) muzeyinin daimi sərgisində nümayiş etdiriləcək və iki il orada qalacaq. Bu aksiya “Abu Dabi Luvr” muzeyinin açılış ildönümünə həsr olunub. Muzey 2017-ci ildə açılıb.

Qeyd edək ki, “Vəftizçi Yəhya" Leonardo da Vinçi yaradıcılığının ən məşhur şah əsərlərindən biridir. Bu əsərdə böyük rəssam sfumato texnikasını mükəmməlliyə çatdırıb. Leonardo da Vinçi izləyicinin diqqətini yalnız qəhrəmana yönəltmək üçün müqəddəs Yəhya personajını qaranlıq, sönük fonda yerləşdirib və sfumato texnikasının köməyi ilə özünəməxsus effekt əldə edib.