Bismillah ilə başlamaq.....

Hər işə başlayarkən Allaha sığınmaq, möminin gözəl vəzifələrindəndir. Bu hal İlahi feyzə, bərəkətə də vəsilədir. Allahın təcəlli və feyzinə mane olan hər şeydən Allaha sığınmaq da istiazədir.

Bismillah ilə başlamaq.....
EĞİTİMCİ İLYAS SEYİD

Bismillah ilə başlamaq.....

İş və deyiləcək hər bir sözə Bismillah ilə başlamaq, Mərifətullaha da vəsilədir.

Şeytan, fitnə və fasadını icra edərək möminin qəlbini işğal etməyə çalışır. Bu, onun təbii və əsl vəzifəsidir (Ərəf, 7/16-17; Hicr, 15/19; Sad , 38/82). Bu səbəblə istiazəyə laqeyid yanaşmaq ən böyük qəflətdir.

Şeytanın girə bilmədiyi qəlb, ‘Arif-i billah’ olan, mərifət əhli, Haqq dostu möminin qəlbidir. (Hicr, 15/41-42; İsra, 17/65). Onun qorxuduğu insan Arif olan insandır. Çünki onda zühur edən Haqqın nurudur.

Qul, Rəbbinə bu şəkildə sığındıqca, hər işə başlayarkən, Allah Təala’da, “Rahmən və Rahim olan Allahın adı ilə başlayıram” deməyimizi istəyir.

Yaxşı bilin ki, Bismillah olmayan iş, başsız olar; soyuq yanaşaraq, nə olacaq ki, deməyin.

İnsanın, özünün böyük bir kainat olduğunu və  eyni zamanda mövcud olan varidatı düşünərək, “Mən kiməm? Haradan gəldim? Haraya gedəcəm? Bu aləmə gəlməyim mənim iradəmlə olmayıb…” Deyərək həqiqətlərə nüfuz etməsi, onun ən başlıca vəzifələrdəndir. Bu hal isə Bismillah ilə mümkündür.

İslamın Bismillah ilə işə başlamağı əmr etməsinin böyük hikmətləri var. Düşünün və anlayın! Süleyman Çələbi, “Hər şeydən əvvəl Allahın adını çəkmək, hər bəndə üçün vacibdir” (Süleyman Çələbi, Mevlid, Haz: Prof. Dr. Faruk Timurtaş, Ank. 1989, s.4), demək sürətilə Allahın adının hər an zikr edilməsinin vacibliyini ifadə edir.