Birləşmiş Ştatların neft ehtiyatları azalır.....

ABŞ-ın xam neft ehtiyatları azalıb.

<Birləşmiş Ştatların neft ehtiyatları azalır.....

AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 8,54 milyon barel azalıb. Bazar proqnozları ehtiyatların 3 milyon barel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 2,1 milyon barel azalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.