Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib.....

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib.

<Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib.....

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı instaqram hesabında etdiyi paylaşımda deyilir:

“İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram”.