Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.....

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

<Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.....

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!