Birinci rübdə cari əməliyyatlar balansında 627,7 milyon dollar profisit yaranıb.....

2021-ci ilin I rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənib.

<Birinci rübdə cari əməliyyatlar balansında 627,7 milyon dollar profisit yaranıb.....

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, cari əməliyyatlar balansında 627,7 milyon dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 15 milyon dollar profisit yaranıb, ehtiyat aktivləri 325,9 milyon dollar artıb. Bu dövrdə orta rüblük neft qiyməti 52,4 dollar/barel olub, qeyri-neft ixracı isə 11 faiz artıb.