Birinci MDB Oyunlarında ölkəmizin aktivinə növbəti qızıl medalı cüdoçumuz Səbinə Əliyeva yazdırıb.....

Cüdoçularımız birinci MDB Oyunlarında daha bir qızıl medal qazanıblar.

<Birinci MDB Oyunlarında ölkəmizin aktivinə növbəti qızıl medalı cüdoçumuz Səbinə Əliyeva yazdırıb.....

AZƏRTAC xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan cüdoçularımız bundan əvvəl 1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. İdmançılarımız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.