“Big data” mühitində rəqəmsal demoqrafiyanın formalaşması xüsusiyyətləri tədqiq olunur.....

Demoqrafik tədqiqatların fundamental məsələlərinə doğum, ölüm və miqrasiya daxildir. Bu məsələlərdə yeni doğulmuşların sayı, doğuma təsir edən bioloji və sosial amillər, ölüm hallarına səbəb olan yoluxucu və həyat tərzi xəstəlikləri, müharibə, təbii fəlakətlər, bununla yanaşı? əmək qabiliyyətli əhalinin daimi və nizamsız hərəkəti, miqrant kateqoriyaları, sığınacaq axtaranlar və s. nəzərə alınır.

<“Big data” mühitində rəqəmsal demoqrafiyanın formalaşması xüsusiyyətləri tədqiq olunur.....

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA İnformasiya Texnologiyaları İnstitutunun “Big data” mühitində rəqəmsal demoqrafiyanın formalaşması xüsusiyyətləri” mövzusuna həsr olunmuş onlayn elmi seminarında səsləndirilib.

Məruzəni təqdim edən institutun böyük elmi işçisi Aybəniz Əliyeva bildirib ki, demoqrafiya əhalinin sayı, ərazi üzrə paylanması və tərkibi, onların dəyişikliyi, bu dəyişikliklərin səbəb-nəticəsini və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqəsini öyrənən elmi-tədqiqat sahəsidir. İnternet, sosial şəbəkələr və smartfonların insanların həyatına ani təsir göstərdiyini və demoqrafik davranışları öyrənmək üçün tədqiqatçılara yeni məlumatlar verdiyini söyləyən məruzəçi qeyd edib ki, rəqəmsal demoqrafiya internet şəbəkəsindəki rəqəmsal izlərin analizi yolu ilə demoqrafik prosesləri öyrənir. Rəqəmsal verilənlər sağlamlıq və ölümlə bağlı detalların öyrənilməsinə, ölüm səbəblərinin başa düşülməsinə imkan yaradır. Həmçinin mobil telefonlarda zəng qeydləri, sosial şəbəkələrdə geolokasiya verilənləri, feysbuk sosial şəbəkəsinin reklam platformasından alınan verilənlər də miqrantların sayını dəqiq müəyyənləşdirməyə kömək edir.

A.Əliyeva bu sahədə bəzi problemlərin də mövcud olduğunu diqqətə çatdırıb. Demoqrafiyanın inkişaf prinsipləri və gələcək tədqiqatlar barədə söhbət açan məruzəçi qeyd edib ki, “Big data” mühitində demoqrafiyanın sosial elm sahəsi kimi inkişafı üçün deduktiv olmayan modellərin qəbul edilməsi və məxfi verilənlərin istifadəsinin yenidən nəzərdən keçirilməsi vacibdir.