Beynəlxalq Türk Akademiyası Mərkəzi Asiya Araşdırmaları İnstitutu ilə əməkdaşlıq edəcək.....

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Özbəkistana rəsmi səfəri çərçivəsində Səmərqənddə yerləşən Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Dmitri Voyakin ilə görüşüb.

<Beynəlxalq Türk Akademiyası Mərkəzi Asiya Araşdırmaları İnstitutu ilə əməkdaşlıq edəcək.....

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər təşkilatlar arasında birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Akademik Şahin Mustafayev rəhbərlik etdiyi qurumun həyata keçirdiyi işlərdən söz açıb, yeni layihələr haqqında məlumat verib.

Beynəlxalq Türk Akademiyasının təşəbbüslərinə maraq göstərən Dmitri Voyakin birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildirib.

Görüşün sonunda tərəflər iki qurum arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Anlaşma Memorandumu imzalayıblar.