Beynəlxalq Muğam Mərkəzi Fəs Sufi Mədəniyyəti Festivalında ölkəmizi təmsil edəcək.....

Beynəlxalq Muğam Mərkəzi (BMM) Mərakeşdə keçiriləcək mötəbər tədbirə dəvət alıb. Oktyabrın 22-dən 29-dək Mərakeşin milli-mənəvi mərkəz şəhəri sayılan Fəsdə keçiriləcək 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında BMM-nin solistləri də çıxış edəcəklər.

<Beynəlxalq Muğam Mərkəzi Fəs Sufi Mədəniyyəti Festivalında ölkəmizi təmsil edəcək.....

AZƏRTAC xəbər verir ki, BMM-nin kollektivi sufi mədəniyyətini orijinal şəkildə təqdim edən festivalın açılış mərasimində və sonrakı günlərdə muğam sənətimizin möhtəşəmliyini nümayiş etdirəcəklər.

Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Tamaşaçılar ritual tamaşalara, filmlərə və şərq incəsənətinə baxmaq, həmçinin Mərakeş, Misir, Suriya, İran, Türkiyə və dünyanın müxtəlif ölkələrindən qatılan musiqiçilərinin ifasında poeziya və sufi musiqisini dinləmək üçün toplaşırlar. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.