BDU-nun gənc alimləri tərəfindən yeni miniatür triboelektrik generator hazırlanıb.....

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin gənc alimləri tərəfindən tibdə, hərbi kəşfiyyatda, uzunmüddətli səyahətlərdə və s. istifadə olunan bir çox daşına bilən elektron cihazların uzunmüddətli və effektiv işləməsini təmin edən yeni növ qidalandırma mənbələri - miniatür triboelektrik generator (TEG) hazırlanıb.

<BDU-nun gənc alimləri tərəfindən yeni miniatür triboelektrik generator hazırlanıb.....

BDU-dan AZƏRTAC-a bildirilib ki, hazırlanmış TEG elektrik enerjisini generasiya edən digər sistemlərlə müqayisədə sadə iş mexanizmi, miniatürlüyü, çevikliyi və maya dəyəri baxımından daha ucuz olması ilə fərqlənir. TEG mexaniki, külək, su dalğaları və s. kimi enerji mənbələrindən elektrik enerjisi əldə etməyə imkan verir. “Scotch yoke” (dairəvi hərəkəti düzxətli hərəkətə çevirən qurğudur) əsasında külək enerjisini generasiya edən TEG-in çeviricilik qabiliyyəti yoxlanılıb. Miniatür qurğu 5 V gərginlik, 6.5 nA cərəyan və 0.3 mkVt orta çıxış gücü əldə etməyə imkan verir.