BDU-da Beynəlxalq Gənclər Gününə həsr olunmuş əyləncəli yarışlara start verilib.....

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı açıq havada 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Home games party” adlı əyləncəli yarışlara start verib. 

<BDU-da Beynəlxalq Gənclər Gününə həsr olunmuş əyləncəli yarışlara start verilib.....


BDU-dan AZƏRTAC-a bildiriblər ki, tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən yarışlara 4 komanda qatılıb. Tələbələr yarışlarda topları üfürərək halqalara keçirmək, şarı doldurmaqla stəkanların içinə salmaq, mismarları balansda saxlamaqla öz bacarıqlarını nümayiş etdiriblər. 
Əyləncəli oyunlarda “13” komanda fərqlənərək yarışların qalibi seçilib.