Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq......

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10:00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

<Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq......


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.