Bakı Musiqi Akademiyasının qəbul planında V ixtisas qrupu üzrə 4 yer boş qalıb.....

Bakı Musiqi Akademiyasının 2021-2022-ci tədris ili üzrə qəbul planında V ixtisas qrupu üzrə 4 yer boş qalıb.

<Bakı Musiqi Akademiyasının qəbul planında V ixtisas qrupu üzrə 4 yer boş qalıb.....

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

Bakı Musiqi Akademiyasında bəstəkarlıq və dirijorluq (simfonik orkestr dirijorluğu, xor dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu) ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Qeyd olunan ixtisaslar üzrə təhsil ödənişli və əyani formadadır. Bu ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 10-dək davam edəcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.