Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib.....

Bakı Dövlət Sirkinin orkestri 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Zabitlər bağında çıxış edib.

<Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib.....

AZƏRTAC xəbər verir ki, orkestr repertuarında əsasən Azərbaycanın peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın bu olsun”, “Arşın mal alan” operettalarında yer alan musiqiləri səsləndirib.

Qeyd edək ki, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.