Azərbaycanın milli parklarının payız görüntüləri.....

Payız gəlişi ilə milli parklarda rəngarəng mənzərələr yaradıb. Qızıl payızın ən gözəl rəng çalarları təbiətə daha da gözəllik qatıb.

<Azərbaycanın milli parklarının payız görüntüləri.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, özünəməxsus rəng tonları ilə fərqlənən, füsunkar və cəlbedici payız fəslinin gözəlliklərini ölkənin bütün bölgələrini əhatə edən milli parklarımızda da görmək mümkündür.

Nazirlik Azərbaycan təbiətinin payızla birgə gələn gözəlliklərindən zövq almaq istəyən hər kəsi milli parklara dəvət edir.